• 24 Noyabr 2024 14:56

Yodla zəngin beş qida qaynağı

İnsan orqanizmi özbaşına yod istehsal edə bilmir, yəni bu mineralla öz-özünü təmin edə bilmir. Ona görə də   əlavə möhkəmlətmə qida alınmalıdır. Bəs, yod ehtiva edən qidalar hansılardır?

yodla-zengin-bes-qida-qaynagi

Tacxeber.com orqanizmin yoda olan ehtiyacını ödəyən 5 qida qaynağının adlarını araşdırıb. 

Balıq

Balıq omeqa-3 tərkibilə bilinir.  Gündəlik yod ehtiyacınızı qarşılamaq üçün də ən yaxşı qaynaqlardan biridir. Saithe, mezgit balığı, morina balığı bunun üçün xüsusilə uyğundur. Alabalıq və sazan kimi çay balıqları daha az yod ehtiva edər.

100 qram balığın yod tərkibi:

Mezgit balığı: 150 mcg
Sayda balığı (Saithe): 263 mcg
Bölgə balığı: 192 µg
Morina: 120 mcg

Yosun və dəniz yosunu

Dəniz məhsulları da yaxşı yod qaynağıdır. Krevetka, midye və xərçəngin 100 qramında 100 – 170 mikroqram yod var.

Algler yeni  super qida kimi məşhur olmağa başlayıb. Böyük miqdarda yod ehtiva etdiklərindən (100 qr quru ağırlıq başına 5 -11.000 µg arasında) diqqətli istehlak edilməlidir. Çünki  gündəlik ehtiyac sürətlə qarşılanır və ya hətta doza həddini aşır. Kombu yosunu kimi yod tərkibi yüksək olan dəniz yosunları istehlak edilməzdən əvvəl qaynadılmalıdır. Bu eyni zamanda alglerdən güclü yod qoxusu gəlməsinin də qarşısını alır. Alglerdə yoddan əlavə başqa minerallar da var.

 Hər 100 qramında var:

Kalsium: 625 mq
Maqnezium: 770 mq
Dəmir: 21.4 mq

Yaşıl tərəvəzlər

İspanaq, brokoli və kələm yod baxımından ən zəngin üç yaşıl tərəvəzdir. Bir kiloqram ispanaq gündəlik ehtiyacı ödəyir. Ancaq hər gün təxminən 200 qr tərəvəz yeyən hər kəs yod istehlakının təxminən beşdə birini ödəmiş olur. Bu eyni zamanda kök (23 μg/100 g) və ya kartofa (8 μg) da daxildir.

100 qrama düşən  yod miqdarı:

Brokoli: 14mcg
İspanaq: 11 mcg
Kale və ya yarpaqlı kələm: 10 μg
Razyana: 5 mcg
Göy noxud: 4 mcg

Süd məhsulları

Heyvan yemləri güclü qida qaynağı olduğu üçün süd məhsulları da yod ehtiva edir. Yaşıl tərəvəzlər kimi olmasa da müəyyən tərkibdə yod ehtiva edir.

100 qr / 1 litrə görə yod tərkibi
Süd: 11 mcg
Qaymaq: 6-9 μg
Süzmə pendir: 6-9 μg
Qatıq: 6-9 mcg
Sərt pendir: 20-40 μg

Fındıq

Kaju fıstığı, qoz və yer fındığı yalnız ürəyə yaxşı təsir edən çoxlu miqdarda doymamış yağ turşuları ilə zəngindir, eyni zamanda əhəmiyyətli yod qaynağıdır.

100 qrama olan  yod tərkibi

Kaju fıstığı: 10 μg
Qoz: 3 mcg
Fıstıq: 14 mcg

Aspir yağı

Tərkibində yod olan  bitki mənşəli digər yağlar yer fındığı, aspir və zeytun yağıdır.

Duz

Sağlamlıq üçün yodlu duz faydalıdır.Qan təzyiqinin qalxmaması üçün isə yodlu duzu nizamlı, ölçülü şəkildə istehlak etmək lazımdır. Gündəlik doza 6 qramı keçməməlidir. Həddindən artıq aktiv tiroidi (zob) və ya Hashimoto trioditi olan şəxslər yodlu duz qəbulunda mütləq həkimlə  məsləhətləşməlidir!

Tacxeber.com

Oxşar xəbərlər