Ən təhlükəli QAN QRUPU açıqlanıb
Bu qan qrupu ən nadirlərdən biri hesab olunur…
4-cü qan qrupu və “mənfi Rh” faktoru olan insanlar digərlərinə nisbətən ciddi xəstəliklərə daha həssasdırlar.
Tacxeber.com xəbər verir ki, bunu Harvard Universitetinin alimləri aşkar ediblər. “MedicForum”un məlumatına görə, bu qan qrupu ən nadirlərdən biri hesab olunur və planet əhalisinin 8%-də rast gəlinir.
Tədqiqatçılar müəyyən ediblər ki, bu kateqoriyadan olan insanlarda demans, insult və idrak funksiyası ilə bağlı problemlər inkişaf riskini artırır. Onların insult keçirmə ehtimalı 82% daha yüksəkdir və zəifləmiş immunitet sistemi var.