Harrisə 3 ştatdan xoş xəbər verildi
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris, “Bullfinch Group”un sorğusuna əsasən, respublikaçı rəqibi Donald Trampı üç ştatda qabaqlayır.
Tacxeber.com xəbər veirir ki, Miçiqanda respondentlərin 53%-i Harrisi, yalnız 45%-i isə Trampı dəstəkləməyə hazırdır. Viskonsin ştatında Harris Trampı cüzi fərqlə – cəmi 3% qabaqlayır.
Pensilvaniyada səslər yarı bölünüb. Bununla belə, respondentlərdən üç namizəd arasından seçim etmələri istənildikdə, nəticə Harrisin xeyrinə olub.
Sorğu oktyabrın 11-dən oktyabrın 17-dək Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında 1800 seçici arasında aparılıb.