• 23 Noyabr 2024 22:20

İran Netanyahunun evinə hücumla bağlı xəbərləri yalanladı

Sionist rejim yalan və faktların təhrifi əsasında formalaşıb və yalan yaymaq bu rejimin və onun cinayətkar liderlərinin indiki və daimi xarakteridir.

 

Tacxeber.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İsrail Baş naziri Benyamin Netanyahunun iqamətgahına PUA hücumu ilə bağlı açıqlamasında deyib.

 

Xatırladaq ki, dünən İsrail Baş naziri Benyamin Netanyahunun Qeysəriyyədəki evinə PUA hücumu baş verib. Məlumata görə, hücum anında baş nazir və həyat yoldaşı evdə olmayıblar. İsrail Müdafiə Ordusu Livandan İsrail ərazisinə üç PUA göndərildiyini, onlardan ikisinin vurulduğunu, birinin isə Qeysəriyyə bölgəsindəki bir binaya çırpıldığını açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər