• 24 Noyabr 2024 05:31

Litvada 50 yaşlı kişi Müdafiə Nazirliyinin binasını yandırdı

Vilnüs polisi Litva Müdafiə Nazirliyinin binasında yanğın törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü şəxsi saxlayıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Diena” portalı hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, saxlanılan kişi özünü nalayiq şəkildə aparıb.

 

Litva Müdafiə Nazirliyinin binasının birinci mərtəbəsində yanğın oktyabrın 19-da axşam saatlarında başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına görə, istifadə olunmayan taxta giriş qapısı yandırılıb.

 

Səhər saatlarında yanğın tamamilə söndürülüb. Hadisə ilə bağlı ibtidai istintaqa başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər