Öpüşmək insanı cavan və sağlam saxlayır
Faydası təkcə bu iki özəlliklə bitmir…
“Öpüşmək bədənimizə faydalı təsir göstərir, çünki bu hal hüceyrələrin yenilənməsi prosesini sürətləndirir”.
Tacxeber.com xəbər verir ki, bunu klinik psixoloq Daria Salnikova “Radio 1”ə müsahibəsində deyib. Onun sözlərinə görə, öpüşmək həm də insanları sakitləşdirir.
“İnsanlar öpüşərkən onurğaya bağlı olan bir çox üz və ağız əzələlərindən istifadə edilir. Boyun əzələləri, dil – hər şey aktiv olur və bu, limfa prosesini, qan axınını, hüceyrələrin yenilənməsini və bədəndəki bütün prosesləri sürətləndirir. Ona görə də cavanlaşma ilə öpüş arasında əlaqə var”, – deyə mütəxəssis izah edib.
Psixoloq qeyd edib ki, öpüşmək reseptorlara təsir etdiyi üçün fiziki olaraq sakitləşməyə kömək edir. Məsələn, uşaqlar hələ ana bətnində olarkən barmaqlarını əmirlər, böyüklər isə əsəbi olanda xırtıldayan bir şey yeməyə başlayırlar və bununla da reseptorları stimullaşdırırlar.