Qulağa su dolması
Qulağa suyun dolması hamamda çimərkən və ya dənizdə, havuzda üzərkən sıx-sıx rastlaşdığımız vəziyyətdir. Əgər sağlam qulağınız varsa, təmiz və ilıq suyun qulağa düşməsinin heç bir qorxusu yoxdur. Amma yenədə insanı narahat edir.
– qulağa düşən suyun temperaturu çox önəmlidir;
– kimyəvi tərkibi çox önəmlidir. Şampunlu su qulağın qoruyucu qatını pozur. Nəticədə belə su qulağa daha çox təsir edir.
Əgər qulağınızda problem varsa, qulaqda əməliyyat keçirilibsə, qulaq pərdəsinin tamlığı pozulubsa, otit varsa qulağa düşən su çox təhlükəli ola bilər. Belə hallarda heç bir tədbir gormədən birbaşa həkimə müraciət edin.