Si Cinpin ordunu müharibəyə hazırlaşmağa çağırdı
Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb.
Tacxeber.com xəbər verir ki, Çin liderinin çıxışı CCTV telekanalının efirində yayımlanıb.
Si Cinpin deyib ki, hərbçilər “müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı döyüş hazırlığını təmin etməlidirlər”. O həmçinin qeyd edib ki, Çin əsgərləri “öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər”.