• 26 Noyabr 2024 02:02

Mask həbs oluna bilər: Trampa səs verənlərə 1 milyon dollar VƏD EDİB

Amerikalı milyarder İlon Mask mühüm ştatlarda qeydiyyatdan keçmiş seçicilərə gündə 1 milyon dollar vəd edən lotereyanın təşkilinə görə, beş il müddətinə həbs oluna bilər.

 

Tacxeber.com xarici mətbuata istinadən xəbər verir ki, yarışma şərtlərinə görə, Pensilvaniya, Corciya, Nevada, Arizona, Miçiqan, Viskonsin və Şimali Karolinada qeydiyyatdan keçmiş seçicilər prezidentliyə namizəd Donald Trampı dəstəkləyən petisiya imzalaya bilərlər, həmçinin 1 milyon dollarlıq tirajda iştirak edərək 100 dollara qədər pul qazana bilər. Təklifin bitmə tarisi 21 oktyabr elan edilib.

 

Mask artıq qeydiyyatdan keçmiş seçiciyə ilk 1 milyon dollarlıq çeki təhvil verib. UCLA Hüquq Məktəbinin professoru Riçard Hasen milyarderin hərəkətlərini “qanunsuz” adlandırıb.

 

Maskın ittiham edildiyini cinayət maddəsinə görə, onu 10,000 dollara qədər cərimə və ya beş ilədək həbs gözləyir.

Tacxeber.com

Oxşar xəbərlər