Neymar ağladı – “Hər gün əzab çəkirdim”
Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar çarpaz bağın yırtılmasından sonra sağalmasından danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, “NR Sports” yutub kanalında fikirlərini bölüşərkən ağlayıb.
“Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Oynamadığım üçün hər gün əzab çəkirdim”, – futbolçu deyib.
Qeyd edək ki, “Əl-Hilal” Neymarı oktyabrın 21-də “Əl-Ayn” ilə keçiriləcək Asiya Çempionlar Liqası matçı üçün heyətə daxil edib.