Azər Həsrət: “Niyə şikayət edirsiniz? Səhər evdən çıxdım, nə tıxac gördüm, nə də su basmış yer…
“Camaat, niyə şikayət edirsiniz? Mən səhər saat 9.30-da evdən çıxdım. Maşınla. Televiziyaya getdim. Oradan çıxıb Elmlər Akademiyasına getdim. Orada da işimi bitirib saat 12.30 üçün evə döndüm – Naxçıvani küçəsinə. Nə bir tıxac gördüm, nə də su basmış bir yer…”
Tacxeber.com-ın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.
Onun sözlərinə görə, yollar təmiz, açıq, hərəkət də hətta adi günlərdəkindən daha rahat olub: “Yəni şikayətim yoxdur. Amma, düzdür, radioda deyirdilər ki, filan yeri su basıb, filan küçə bağlanıb və s…”