• 28 Noyabr 2024 03:35

Bu həftə “Bitcoin” və “Ethereum”un qiyməti necə dəyişəcək? – Analitiklər açıqladı

Tacxeber.com valyuta.az-a istinadən xəbər verir ki,  bu yüksəliş investorları həyəcanlandırsa da, bu vəziyyət qısamüddətli oldu. Daha sonra BTC 2% azalaraq 67 000 dollara, ETH isə 3% azalaraq 2650 dollara düşdü.

 

Bitcoin və Ethereum başda olmaqla digər altkoinlərdə də geriləmələr olsa da, analitiklər BTC və ETH hələ də mühüm müqavimət səviyyələrini aşa bilmədiyi üçün üfüqi bir həftə proqnozlaşdırırlar.

 

Sinqapur mərkəzli kriptovalyuta şirkəti “QCP Capital” bu həftə Bitcoin və Ethereum-da üfüqi hərəkətlər gözlədiklərini bildirdi. Onların sözlərinə görə, bunun səbəbi BTC və ETH-nin mühüm müqavimət səviyyələrini aşa bilməməsi və kriptovalyutaların artımı üçün katalizatorun olmamasıdır.

 

Həm BTC, həm də ETH-nin hələ iyul zirvəsini keçmədiyini, lakin mühüm 70.000 dollar və 2.800 dollar müqavimət səviyyələrinə yaxınlaşdıqlarını bildirən analitiklər, bu səviyyələrin keçəcəyi təqdirdə pərakəndə sektora marağın artacağını və yüksəlişin davam edə biləcəyini bildiriblər.

 

Analitiklər onu da əlavə etdilər ki, Ethereum 3000 dollara çata bilər.

Tacxeber.com

Oxşar xəbərlər