Hansı qida və içkilər bədəndən toksinləri çıxarır?
Orqanizmin yükünü azaldan qidalar seçmək lazımdır…
Qazsız adi su və mineral su orqanizmdən toksinləri çıxarır.
Tacxeber.com xəbər verir ki, bunu Andrey Kondraxin “Veçerney Moskvoy” ilə paylaşıb. Onun sözlərinə görə, detoksifikasiya sağlamlıq üçün vacibdir.
Həkim qeyd edib ki, insan qışdan sonra, orqanizmdə giləmeyvə və tərəvəzlərdən aldığı kifayət qədər antioksidant olmadıqda intoksikasiya oluna bilər.
Onların çatışmazlığı bədənin intoksikasiyasına səbəb olur. Bu vəziyyətdə, özünüzü toksinlərdən təmizləmək üçün müəyyən qida növlərindən ibarət oruc tutmaq lazımdır.