Neft Emalı Zavodunda yanğın – Video
Oktyabrın 22-də Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın baş verib.
“Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasında bildirilir.
Yanğın səbəbləri və tələfatla bağlı, hələlik, heç bir məlumat verilmir.
Ötən əsrin 50-ci illərində SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə inşa edilən bu zavod Azərbaycanın hazırda əsas neft emalı müəssisəsi sayılır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyindədir.