• 23 Oktyabr 2024 23:22

Bol qollu oyunda “Qalatasaray” şətinliklə qalib gəldi

“Qalatasaray” - “Elfsborq” oyununda qol dolu kimi yağdı

Bu gün Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilib.

 

Tacxeber.com xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

 

Türkiyə çempionu “Qalatasaray” İsveçin “Elfsborq” komandasını qəbul edib. Oyunda 7 qol vurulub. “Qalatasaray” 4:3 hesablı qələbə qazanmaqla xalını 7-ə yüksəldib və ən azı 1 günlük lider olub.

 

“Braqa” (Portuqaliya) isə “Bude Qlimt”lə (Norveç) qarşılaşıb. Norveç təmsilçisi 90+4-cü dəqiqə qolu ilə vacib qələbə qazanıb.

 

“Elfsborq” və “Bude Qlimt” “Qarabağ”ın Avroliqadakı gələcək rəqibləridir.

 

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

 

18:30. “Qalatasaray” (Türkiyə) – “Elfsborq” (İsveç) – 4:3

Qollar:Mauroİkardi, 28 (1:0), İsak Pettersson, 39-avtoqol (2:0), Barış Alper, 44 (3:0), Hult, 52 (3:1), Baydu, 65-pen. (3:2), Yunus Akgün, 83 (4:2), Larsson, 90+2 (4:3)

 

18:30. “Braqa (Portuqaliya) – “Bude Qlimt” (Norveç) – 1:2

Qollar:Evyen, 53 (0:1), Nyakate, 64 (1:1), Nielsen, 90+4 (1:2)

Qırmızı vərəqə: Nyakate (“Braqa”), 67

Tacxeber.com

Oxşar xəbərlər