• 22 Noyabr 2024 16:25

“Bravo” 80 qəpiklik qatığa görə 4 min manat cərimələndi

 

“Bravo” marketi 80 qəpiklik qatığa görə 4 min manat cərinmələnib. 

 

Tacxeber.com xəbər verir ki, müştəri M.N. Səbail rayonu, “Dəniz Mall” ticarət mərkəzində yerləşən “Bravo” marketdən 1.5%-lik 450 qramlıq qablaşdırmada “Sizlik” adlı qatığını alıb. Lakin endirimli qiymət kağızında məhsulun qiyməti 80 qəpik göstərilsə də, kassada ondan 1,15 manat alınıb.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, “Sizlik” markasına məxsus qatığın qiymətinin 1,59 manatdan 80 qəpiyə edindirildiyi qeyd edilsə də, kassada 1,15 manat hesablanıb.

 

Məhkəmənin qərarı ilə “Bravo” market rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı tərətməkdə təqsirli bilinib və 4000 manat məbləğində inzibati cərimə edilib. / Qaynarinfo

Tacxeber.com

Oxşar xəbərlər