• 23 Oktyabr 2024 17:39

Pentaqonun İran əsilli yüksək rütbəli əməkdaşı İsrailin İrana hücumu barədə məlumatı İrana ötürüb ?

İsrailin İranın raket hücumuna cavab zərbəsi planını ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı, İran əslli ABŞ vətəndaşı Arin Təbatəbai ifşa edib.

 

Bu barədə “Skay Nyus” məlumat yayıb.

 

“ABŞ kəşfiyyat orqanları Pentaqonun yüksək rütbəli əməkdaşı Arin Təbatəbainin gizli planı ifşa etdiyini və bu barədə məlumatları Tehrandakı mənbələrə sızdırdığını ehtimal edir. Faktla bağlı araşdırma aparılır”, – məlumatda bildirilib.

 

Qeyd edilib ki, Arin Təbatəbainin tutduğu vəzifə yüksək səviyyədə məxfi məlumatlara çıxış imkanı verir.

 

Təbatəbai isə “Faks Nyus”a açıqlamasında barəsində irəli sürülən ittihamları rədd edib.

 

Qeyd edək ki, Arin Təbatəbai təbrizli universitet müəllimi, panfarsizm nəzəriyyəsinin təbliğatçılarından olan Cavad Təbatəbainin qızıdır.

 

A.Təbatəbai 2021-ci ilin yanvarında Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-ın İranla nüvə danışıqları aparan komandasının da üzvü olub. 2021-2022-ci illər arasında Tabatəbai ABŞ-ın İranla bağlı məsələlər üzrə xüsusi nümayəndəsi Robert Malinin müşaviri vəzifəsini daşıyıb. O, İranla anlaşmaq üçün səy göstərib.

 

Qeyd edək ki, ABŞ İsrailin İrana qarşı cavab tədbirləri planlarına dair məxfi kəşfiyyat məlumatlarının sızmasını araşdırdığını elan etmişdi. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər