• 23 Oktyabr 2024 15:26

Türkiyəli iki professor Qarabağ Universitetində çalışacaq – FOTO

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Vəli Universitetinin professorları Evrən Güçər və Metexan Tolon 2024/2025-ci tədris ilində Qarabağ Universitetində fəaliyyət göstərəcəklər.

 

Qarabağ Universitetinin rektoru Şahin Bayramov hər iki professorla görüşüb.
Rektor professorlarla tədris, tədqiqat və idarəetmə sahəsində fəal iştirakları ilə bağlı fikir mübadiləsi apararaq, ali təhsil müəssisəsinin strateji hədəflərini diqqətə çatdırıb.

Tacxeber.com

Oxşar xəbərlər