“Deputat dedi ki, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?”
“My name is Intiqam” filminin ideyası 2013-cü ildə yazılmışdı. Ad çəkmirəm, amma Azərbaycanda tanıdığım deputata qədər yol tapıb görüşdüm. Kömək istədim ki, Azərbaycanda kommersiya filmlərinə başlamaq istəyirik. Xarici filmlər buradakı kinoteatrlarda zalları doldururlar. Niyə bizim Azərbaycan filmimiz olmasın? Biz gənclər çəkmək istəyirik. Mənə dedilər ki, “Qardaş, vallah, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?”.
Tacxeber.com axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev “Günə bax” verilişində deyib. O, sözügedən filmin çəkilməsi üçün Rusiyadakı azərbaycanlıların ona dəstək olduğunu bildirib: