• 25 Noyabr 2024 06:58

İranda din xadimi öldürüldü – Eyni şəhərdə ikinci qətl

İranda din xadimi öldürüldü - Eyni şəhərdə ikinci qətl

Bu gün İranın Kazerun şəhərində Cümə namazı qıldıqdan sonra bu şəhərin imam-cüməsi höccətül-İslam Məhəmməd Səbahi qətlə yetirilib.

 

Tacxeber.com shahraranews-a istinadla xəbər verir ki, sui-qəsddən dərhal sonra qatil intihar edib.

 

Kazerunun imam-cüməsi xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

 

Hücumun motivi hələlik müəyyən edilməyib.

 

Məhəmməd Səbahi 5 il əvvəl bu şəhərə dini rəhbər təyin olunub. Ondan əvvəlki imam-cümə Məhəmməd Xorsənd də dini mərasimdən qayıdarkən qətlə yetirilib.

Tacxeber.com

Oxşar xəbərlər