• 08 İyun 2025 22:55

İsgəndər Xəlilovun şirkətinin 12,4 milyon manat borcu var

 İsgəndər Xəlilovun şirkətinin 12,4 milyon manat borcu var
Paylaş

“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yığılıb.

 

Tacxeber.com bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda vergi borcu 12 374 585,71 manat təşkil edir.

 

Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur. MMC-nin uzun müddətdir vergi borcunu ödəməməsinin səbəbi isə məlum deyil.

 

Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

 

Xatırladaq ki, “Svit Haus” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. “Svit Haus” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.

 

Mətbuatda yayılan məlumatlara görə, şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin “Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.

 

Oxşar xəbərlər