Puqaçova ilə Qalkinin əntiq əşyaları saxta imiş
Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, yumorist “xarici agent” Maksim Qalkinin qəsrindəki əntiq əşyaların saxta olduğu üzə çıxıb.
Tacxeber.com xəbər verir ki, bu haqda hüquqşünas və təcrübəli kolleksiyaçı Aleksandr Dobrovinski teleqram kanalında paylaşdığı videoaçıqlamasında məlumat yayıb.
“Qalkinlərin Rusiyadan çıxarmağa çalışdıqları “şedevrlər” haqqında eşitmək gülməlidir. Bəzi KİV-lər hətta dolanmağa heç bir şeyləri olmadığı üçün onları satmaq istədiklərini yazır. Təcrübəli kolleksiyaçı kimi vəziyyəti aydınlaşdırmaq üçün bir telekanal mənə müraciət etdi. Bəzi rəsmlərin fotolarını göndərdilər… Məlum oldu ki, əsl şedevrlər başqa adamların əlindədir və mənə göndərilən “şedevrlər” Rusiyadan uğursuz şəkildə çıxarmağa çalışdıqları kimi, yalnız nüsxələrdir ”, – deyə Dobrovinski vurğulayıb.