Qonşuların ayaqqabılarını iyləmək üçün evlərə girən həbs olundu – Qəribə OLAY
Yunanıstanda 28 yaşlı kişi qonşularının evinə dəfələrlə soxularaq onların ayaqqabılarını iyləməklə iğtişaş törətməkdə təqsirli bilinib.
Tacxeber.com xəbər verir ki, hadisə Sindos şəhərində baş verib.
Adı açıqlanmayan adam qonşularından birinin havalandırmaq üçün çölə qoyduqları ayaqqabıları iyləyəməyə gəlib. Onu görən qonşusu polisə müraciət edib və nəticədə həmin şəxs həbs edilib. Məlumata görə, kişinin eyni qəribə səbəbdən şəxsi əmlaka müdaxiləsi ilk dəfə deyil.
28 yaşlı gəncin izahatlarını və qonşulardan birinin ifadəsini dinlədikdən sonra Saloniki məhkəməsi ona 3 il sınaq müddəti olmaqla şərti bir ay həbs cəzası verib.
Kişi niyə belə hərəkətlər etdiyini izah edə bilməyib. O, özündən çox utandığını və məyus olduğunu qeyd edib. O, həm də izah edə bilmədiyi səbəbdən 3 dəfə qonşularının ərazisinə ayaqqabılarını iyləmək üçün girdiyini deyib.
Təqsirləndirilən şəxs günahını etiraf edib və əməlinə görə üzr istəyib. O əlavə edib ki, əməli ilə heç vaxt kiməsə zərər vermək niyyətində olmayıb. Qonşuları onun heç vaxt onlarla qəddar rəftar etmədiyini təsdiqləsələr də, onun qəribə davranışından narahat olublar.