• 26 Oktyabr 2024 04:32

2027-ci ildə kosmosa səyahət üçün Çin şirkəti ilk biletləri artıq satdı

Çin şirkəti olan “Deep Blue Aerospace” kosmosa turist səyahətinə 1,5 milyon yuan (təxminən 210 min dollar) qiymətində bilet satışına başlayıb.

 

Tacxeber.com  xəbər verir ki, bu haqqda “South China Morning Post” xəbər yayıb.

Məlumatda bildirilir ki, artıq şirkət  2027-ci ildə ilk uçuş üçün iki bilet satıb.

 

Xəbərdə o, da qeyd edilir ki,  suborbital kosmos səyahətinin müddəti 12 dəqiqə olacaq.

Çinin Jianqsu əyalətində yerləşən bu şirkət ilk biletlərini oktyabrın 24-də satışa çıxarıb və canlı yayım zamanı cəmi 20 dəqiqə ərzində sata bilib.

 

Məlumatda bildirilir ki, bu şirkətin kosmosa səyahət qiymətləri digər rəqiblərindən xeyli aşağıdır.

Tacxeber.com

Oxşar xəbərlər