Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır – Zurabişvili
Etnik azlıqdan seçkiləri saxtalaşdırmaq üçün istifadə etmək biabırçılıq, biabırçılıq və əxlaqsızlıqdır.
Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Marneulidə seçki qurusuna topa bülleten atılması ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, hadisə Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində baş verib. Bu, azərbaycanlıların kəndidir. Hazırda orada səsvermə prosesi dayandırılıb.