• 24 Noyabr 2024 07:04

Gürcüstanda parlament seçkiləridir. Rusiya, yoxsa Avropa

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilir. Hakim Gürcü Arzusu partiyası Qərblə inteqrasiya tərəfdarı, ancaq bölünmüş müxalifətlə mübarizə aparır.

 

2012-ci ildən hakimiyyətdə olan Gürcü Arzusu daha dörd il hakimiyyətdə qalmağa çalışır. Partiya bu seçkini hərblə sülh arşında seçim kimi təqdim edərək deyir ki, müxalifət qalib gələrsə, Gürcüstan Rusiya ilə müharibəyə sürüklənər.

 

Müxalifət isə seçkini Qərb və Rusiya, eləcə də demokratiya və avtoritarizm arasında seçim kimi qələmə verir. ABŞ və Avropa da bu fikri dəstəkləyir, Gürcü Arzusunun demokratiya sahəsində geriləməsini tənqid edir.

Yeni seçki sisteminə görə, partiyalar və koalisiyalar parlamentə keçmək üçün 5 faizlik həddi aşmalıdır. Müxalifət partiyaları bu səbəbdən koalisiyalar formalaşdırıb.

 

Gürcü Arzusu-nu ölkənin ən varlı şəxsi, keçmiş baş nazir, milyarder Bidzina İvanişvilitəsis edib. Kreml Gürcü Arzusu-nun qələbəsinə tərəfdar olduğunu gizlətmir.

Rəy sorğuları da gürcüstanlıların Aİ və NATO-ya qoşulmağa tərəfdar olduğunu göstərir. Onlar həmçinin Rusiya ilə münaqişə istəmir, LGBT hüquqları kimi məsələlərdə mühafizəkar mövqedədirlər.

Müxalifət qüvvələri

 

Seçkiyə qatılan müxalifət qüvvələri bunlardır: indi həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin rəhbəri olduğu keçmiş hakim “Vahid Milli Hərəkat” partiyasının (ENP) başçılıq etdiyi “Gürcüstanın xilası üçün Birlik”;

Bir vaxtlar ENP ilə bağlantılı şəxslərdən ibarət “Dəyişiklik naminə Koalisiya”;

Eyni zamanda ENP-ə və “Gürcü arzusu”na bənzəməyə çalışan eklektik ideolojı baxışlı “Güclü Gürcüstan koalisiyası”;

2019-2021 illərdə “Gürcü arzusu” hökumətinin baş naziri olmuş və sonradan onunla yollarını ayırmış Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası.

 

Gürcü Arzusunun qəbul etdiyi “xarici agentlər” qanunu ölkədə kütləvi etirazlara səbəb olub. Qanuna görə, maliyyəsinin azı 20 faizini xaricdən alan qruplar “xarici agent” kimi qeydiyyatdan keçməlidir.

Seçki “azad və ədalətli olmazsa”, Aİ Gürcüstanla vizasız rejimi müvəqqəti dayandıra bilər. Bunu blokun Tbilisidəki səfiri sentyabrda deyib. (AzadlıqRadiosu)

Tacxeber.com

Oxşar xəbərlər