• 25 Noyabr 2024 05:25

Hansı qazanlarda yemək bişirmək olmaz? – Foto

Mətbəxdə yemək bişirərkən hansı ərzağın hansı materialdan olan qazanda bişirilməsi vacib məsələdir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə uşaq nutrisioloqu Aytən Xaqan bildirib. Onun sözlərinə görə, əks halda qidalar zərər verə bilər:

 

“Teflon qazanlarda yemək bişirmək olmaz. Çünki bu qazanlarda PFOA (zəhərli perfluorooktan turşusu) var və yemək bişirdiyinizdə benzol ehtiva edir. Cızılmış halda olanlar isə ekstra təhlükəlidir.

 

Alüminium qazanlarda isə turşuluğu çox olan qidalar bişirmək olmaz. Tərkibində olan dəyişikliklər orqanizminizə, xüsusilə də uşaqlara ziyan verə bilər.

Yemək bişirmək üçün ən təhlükəsizi paslanmaz polad qazanlardır”.

 

 

Oxşar xəbərlər