Bu gün “Sabah” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq.
Tacxeber.com xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Sabah” paytaxt derbisində “Neftçi” ilə qarşılaşacaq. Turun son oyununda isə çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.
Daha öncə keçirilmiş “Araz-Naxçıvan” – “Zirə” oyununda (1:1) qalib müəyyənləşməyib. “Turan Tovuz” “Kəpəz”ə evdə (2:1), “Sumqayıt” isə “Səbail”ə səfərdə (1:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası
11-ci tur
27 oktyabr
“Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
“Bank Respublika Arena”. Saat 17:00.