• 27 Oktyabr 2024 04:35

Bu ölkə 4 günlük iş həftəsinə keçdi – Nəticə şok etdi

İslandiya dördgünlük iş həftəsini tətbiq edəndən bəri təsirli iqtisadi artım müşahidə edib.

 

Bu barədə CNN məlumat yayıb.

 

Yeni araşdırmaya görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5% artıb ki, bu da inkişaf etmiş bir iqtisadiyyat üçün heyranedici dərəcədə yüksəkdir. Zəngin Avropa ölkələri arasında yalnız Malta daha yüksək göstəriciyə malikdir. Müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi ildə cəmi 2% təşkil edib.

 

Analitiklər ölkənin iqtisadi uğurunu məhz iş həftəsinin azaldılması ilə əlaqələndirirlər. Belə ki, 2015-ci ildən 2019-cu ilə qədər ölkədə bir neçə iri eksperiment aparılıb ki, bu zaman dövlət sektorunda çalışan işçilərin maaşı azaldılmadan iş həftəsi 40 saat əvəzinə 35-36 saata endirilib. Təcrübədə 2500 nəfər iştirak edib.

 

Tədqiqatçılar müəyyən ediblər ki, əksər iş yerlərində məhsuldarlıq dəyişməz qalıb və ya yaxşılaşıb, eyni zamanda işçilərin rifahı bir sıra göstəricilər üzrə əhəmiyyətli dərəcədə artıb.

 

2022-ci ilə qədər ölkədə işçilərin 51%-i daha qısa iş saatına və ya dördgünlük iş həftəsinə keçib. Bu gün islandiyalıların 59%-i buformatda işləyir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər