• 27 Oktyabr 2024 22:21

Netanyahu: İran susur

İsrailin baş naziri Benyamin Netanyahu bu gün deyib  ki, İsrail Müdafiə Qüvvələrinin İrana endirdiyi zərbələr hədəflərinə çatıb.

 

Tacxeber.com xəbər verir ki, İsrail mediası onun sözlərini sitat gətirib: “Zərbə dəqiq və güclü olub, bütün məqsədlərə nail olunub”.

 

Netanyahu onu da qeyd edib ki, İran rejimi bir sadə şeyi dərk etməlidir ki, kim bizə zərər verirsə, biz də zərər verərik.

 

İrana zərbə İsrailin oktyabrın əvvəlində İranın İsrailə raket hücumuna cavabı olub.

 

İran tərəfi isə bildirib ki, İsrailin zərbələri İlam, Xuzistan və Tehran əyalətlərində yerləşən obyektlərə ziyan vurub. Səlahiyyətlilər həmçinin hava hücumundan müdafiəni dəstəkləyən dörd hərbçinin öldüyünü bildiriblər. Bundan əlavə, Associated Press peyk çəkilişlərinin təhlilinə əsasən, yazır ki, İranın ballistik raket proqramı ilə bağlı başqa bazaya da zərbələr endirilib.

 

İran tərəfi nə Parç, nə də Xocar ərazisində dağıntılar barədə rəsmi məlumat verməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusu hələ də İsrailin zərbələri ilə bağlı şərh verməyib.

 

İsrail tərəfi isə hücumların raket istehsalı mərkəzlərinə doğru həyata keçirildiyini bəyan edib.

 

Qeyd edək ki, İsrail ordusu oktyabrın 26-na keçən gecə İranın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər