• 23 Dekabr 2024 14:15

Tiflis qarışır: Əsas müxalif güclər nəticələri tanımadı

 

Birlik – Milli Hərəkat Gürcüstanda ötən gün keçirilən seçkilərin nəticələrini tanımadığını elan edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə partiyanın rəhbəri Tinatin Bokuçava brifinqdə bildirib.

 

“Birlik – Milli Hərəkat” adından bəyan edirik ki, oğurlanmış, qəsb edilmiş seçkilərin nəticələrini qəbul etmirik.

 

Həmçinin müxalifətin “Dəyişiklik üçün Koalisiyası”nın lideri Nika Qvaramiya keçirdiyi brifinqdə deyib ki, onun partiyası Mərkəzi Seçki Komissiyasının məlumatlarını tanımır:

 

“Seçkilər oğurlandı, bu, konstitusiya çevrilişidir”.

 

Qeyd edək ki, səslərin 97%-nin sayılmasından sonra Gürcü Arzusunun 52,99%, Birlik – Milli Hərəkatın 9,83%, Dəyişiklik üçün Koalisiyanın 11,2% səs topladığı elan edilib.

Tacxeber.com

Oxşar xəbərlər