• 29 Oktyabr 2024 00:20

Tbilisidə vəziyyət GƏRGİNDİR: Seçkilərin yenidən keçirilməsi tələb olunur – FOTO/VİDEO

Tbilisidə müxalifətin mitinqi geniş vüsət alıb.

 

Tacxeber.com xəbər verir ki, etirazçılar yol kənarına çıxaraq parlament binası yaxınlığında avtomobillərin hərəkətini iflic ediblər.

 

Gürcüstan Prezidenti Salome Zurabişvilinin də iştirak etdiyi etiraz aksiyasında seçkilərin yenidən keçirilməsi tələb olunur.

 

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 89 deputat mandatı qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər