Hizbullahın yeni lideri o oldu – Dosye
Ötən ay İsrail ordusu tərəfindən öldürülən Hizbullah lideri Həsən Nəsrullahın yerinə yeni rəhbər gətirilib.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Hizbullahın yaydığı məlumata görə, H.Nəsrullahın postu onun müavini Naim Qasıma tapşırılıb.
Nəsrullahın varisi kimi adı hallanmağa başlayan Haşim Seyfəddinin Hizbullahın yeni lideri olacağı gözlənilirdi, lakin o da İsrailin hücumu nəticəsində öldürülüb.
Həsən Nəsrullahın qətlindən sonra Hizbullah adından verilən açıqlamalarda kameralar qarşısına keçən ad Şeyx Nəim Qasım olub.