İran müdafiəsiz qaldı – Bütün sistemlər məhv edildi
İsrail ordusunun İrana hava hücumu zamanı üç S-300 zenit-raket kompleksi məhv edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Rusiyanın İrana verilmiş dörd kompleksdən üçü həmin hücumda, biri isə apreldə məhv edilib.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, S-300-lərdən biri Tehran hava limanı yaxınlığında, digər ikisi isə enerji obyektlərində yerləşdirilmişdi.
İranın arsenalındakı S-300 sistemləri 1990-cı illərin sonlarında modernləşdirilmiş kompleksin versiyaları idi.