• 30 Oktyabr 2024 18:21

Binəqədidə “ağlamalı” vəziyyət: Maşın gecikdi, ərazini zibilxana bildilər – Foto

Binəqədi rayonu, 8 mart küçəsinin sakinləri yaşadıqları ərazidəki natəmizlikdən gileylənirlər.

 

Tacxeber.com xəbər verir ki, bu barədəBinəqədi sakini, jurnalist Samir Mirzə bildirib. O söyləyib ki, əvvəllər zibil maşınları küçələrdəki zibilləri götürsə də, artıq uzun müddətdir gəlmədiyindən antisanitar vəziyyət yaranıb.

 

Jurnalistin sözlərinə görə, uzun müddət sakinlər hər həftənin 3-cü günləri axşam saatlarında 1-2 sellofan paketdə zibili əraziyə qoyublar, səhər tezdən isə zibil maşını yığışdırıb. Hətta sakinlər buna görə pul da ödəyiblər:

 

“Əvvəllər həftənin 4-cü günləri səhər tezdən zibil maşını zibilləri daşıyırdı, daha sonra şənbə günləri daşımağa başladı, sonra xəbər-ətərsiz yoxa çıxdılar. Zibillərin gözü yolda qaldı, arxalarınca gələni olmadı. Amma onlar yerlərinə o qədər öyrəşdilər ki, sayları artmağa başladı. Yoldan keçənlər də kruqlarını zənginləşdirdi. Amma arxalarınca gələn olmadı. İndi əməlli-başlı məhəlləmiz zibilxanaya çevrilib”, – deyə jurnalist qeyd edib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər