Həkimlər ölmüş heyvanı diriltdi – Tibbdə ilk
Çinli alimlər yeni elmi kəşf edib.
Tacxeber.com xəbər verir ki, onlar ölmüş donuzun beynini 1 saat sonra canlandırıblar.
Yeni eksperiment ürəyin qəfil dayanması səbəbindən beynin itirilmiş funksiyalarının bərpasına yönəlmişdi.
Tədqiqatda alimlər 17 tibet mini donuzundan istifadə edib.
Belə ki, alimlər həyat bərpa edən sistemlə zədələnməmiş qaraciyər, süni ürək və ağciyərlər vasitəsilə beyindən mayeni çəkərək, onu qanla təmin edərək, işemiyadan qoruyublar.
Ən effektiv nəticələr ölümdən 50 dəqiqə sonra 6 saat beynin funksiyasını qorumaqla əldə edilib.
O donuzlarda ki, qaraciyər sağlam və zədəsiz idi, təcrübə uğurlu alınıb.