“Mənə kim cinayət işi açır?” – Ramiz Mehdiyevdən ittihamlara sərt cavab
Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılıb və külli miqdarda yeyintilərin olduğu üzə çıxıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və cinayət işi başlanıb. Qanun pozuntularının AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövründə baş verdiyi qeyd edilib.
Tacxeber.com manset.az-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev məsələyə münasibət bildirib.
O, açıqlamasında sözügedən mövzu ilə bağlı suallardan yayınmağa çalışıb: