• 07 İyun 2025 16:32

Qara üzümün möcüzəvi faydası TAPILDI

 Qara üzümün möcüzəvi faydası TAPILDI
Paylaş

 

Qara, tünd rəng üzüm ağ üzümə nisbətən daha çox antioksidantla zəngindir.

 

Tacxeber.com xəbər verir ki, həkim Yelena Solomatina bildirib ki, qara üzümün tərkibində olan polifenollar qocalmanın qarşısını alır, ürəyi gəncləşdirir.

 

“Üzüm ürək-damar, sinir sistemini qoruyur, turşu-qələvi mühitini yaxşılaşdırır, oksidləşmə prosesinin qarşısını alır.

 

Əlavə olaraq, üzümdə çox miqdarda kalium var ki, o da bədəndən artıq mayeni çıxarır, təzyiqi salır. Maqnezium isə bağırsaq və sinir sistemini gücləndirir.

 

Diabet, insulin dirənci xəstəliyi olanlar üzümü çox az yeməlidir, çünki qanda şəkəri kəskin qaldırır”, – həkim qeyd edib. (viral.az)

Tacxeber.com

Oxşar xəbərlər