Tikilən kimi dağılan YOLLAR – İstifadə olunan materiallar, yoxsa iş keyfiyyətsizdir?
Paytaxt yollarının ara-sıra çökməsinə rast gəlinir. Bir neçə gün öncə Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol çöküb. Sakinlər isə sözügedən yolun yenicə asfaltlandığını deyiblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.
İlk cümlədə qeyd etdiyimiz kimi, bu ilk yol çökməsi deyil. Təqribən 10 gün öncə də şəhərin mərkəzi küçələrinin birində yol çöküb. Hadisə Səbail rayonu Şeyx Şamil küçəsi İçərişəhər metro stansiyasının yaxınlığında baş verib.
Avtomobil idarə edənlər iyul ayında da oxşar hadisə ilə qarşılaşıblar. Belə ki, Nəriman Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsindəki yolun bir hissəsi çöküb, nəqliyyatın hərəkəti çətinləşib.
Siyahını uzada bilərik…
Bəs yolların son vaxtlar və tez zamanda sıradan çıxmasına səbəb nədir? Keyfiyyətsiz tikinti materiallarıdır, yoxsa görülən işdəki yanlışlıqlar? Yol salınması və təmirində əsas meyarlar nədir?
Mövzuya münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, yamaclarda yol salınarkən bütün normativlərə riayət etmək lazımdır: