“Belaruslar bizdən daha fəal mübarizə aparıb” – Saakaşvili
“Əvvvəllər Gürcüstanın Belarus və Venesuela olmadığını deyirdik, heç demə belaruslar bizdən daha fəal mübarizə aparıb…”
Tacxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Şaakaşvili “gordonua.com” nəşrindəki bloqunda yazıb.
“Mən bir çoxlarının verdiyi sualı verirəm.
Rusiya qanunu qəbul edildikdən sonra etirazlar səngidi, çünki biz seçkiləri gözləyirdik. İndi isə bu seçkilər oğurlanıb və ilk və yeganə mitinq iki saatdan sonra dağıdılıb, bundan sonra sonsuz görüşlərdən başqa heç nə baş vermir.
Görüşlər də, seçkilərin oğurlanması sxeminin üstünün açılması da vacibdir. Amma Gürcüstanda diktatura qurulub, bunlar kütləvi və uzunmüddətli etirazlarla müşayiət edilməsə, bunun əleyhinə nə xarici ölkələr, nə də yazdıqlarınız detallı sənədlər heç nə edə bilməz.
Ölkə daxilində vaxt itirilir, həm də ölkənin hüdudlarından kənarda maraq azalır. Biz təşəbbüsü ələ almasaq, təşəbbüs rejimin əllərinə keçəcək.
Əvvələr deyirdik ki, biz Belarus və Venesuela deyilik və daha fəal olacağıq. Əslində isə etiraf etməliyik ki, hətta elə həmin belaruslar bizdən dəfələrlə fəal mübarizə aparıb.
Bunu narahatlıq və ağrı hissi ilə deyirəm və ümid edirəm ki, tezliklə xalqın geniş etiraz hərəkatı bərpa ediləcək.