• 22 Noyabr 2024 08:48

Rusiyaya gedən azərbaycanlıların əmlakları GERİ ALINIR: qanun QƏBUL OLUNDU

 

Dövlət Dumasının deputatları Rusiyada qanunsuz miqrasiyanın təşkili nəticəsində əldə edilmiş pul, əmlak və qiymətli əşyaların müsadirəsini nəzərdə tutan qanun qəbul ediblər.

 

Tacxeber.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin məlumat verib. “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 104.1-ci maddəsinə əlavələr və 322.1-ci “Qeyri-qanuni miqrasiyanın təşkili” maddəsi ilə əlavələr edən qanun qəbul edilib”, – Volodin Teleqram kanalında yazıb.

 

O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən qeyd edib ki, son bir ildə miqrasiya sahəsində cinayətlərin sayı 79,6 faiz, bu ilin yeddi ayında isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb.

 

“Qəbul edilmiş qərarda qeyri-qanuni miqrasiyanın təşkili nəticəsində əldə edilmiş pulların, əmlakın və qiymətli əşyaların müsadirə edilməli olduğu müəyyən edilib”, – Volodin bildirib.O əlavə edib ki, bu təşəbbüs ilin əvvəlindən Rusiyanın miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş bütün qanun layihələrinin 12-cisidir.

 

Qeyd edək ki, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Həmin şəxslərin çox hissəsi isə işləmək üçün bu ölkəyə üz tutub.

Tacxeber.com

Oxşar xəbərlər