• 24 Noyabr 2024 03:16

Bakının yerüstü keçidləri taxta ilə üzlənir?

 

Bakı şəhərinin müasirləşdirilməsi istiqamətində atılan növbəti addım yerüstü piyada keçidlərinin üzlənməsidir.

 

Tacxeber.com Oxu.az-a istinadla xəbər verir ki, 8 Noyabr prospektində aparılan bu işlər sosial şəbəkələrdə müzakirə mövzusu olub.

 

Diqqət çəkən əsas məqam isə keçidin üzlənməsinin taxta örtüklə həyata keçirilməsi olub.

 

Bakı Abadlıq Xidmətinin əməkdaşı, rəssam Emin Ələkbərov 8 Noyabr prospektindəki keçidlərin taxta ilə üzləndiyi faktını təsdiqləyib.

 

“Bunlar xüsusi qurudulmuş vəziyyətdə olan termotaxtalardır. Onlar həm ekoloji, həm estetik, həm də rəng nöqteyi-nəzərdən, yəni rənglərin məkana uyğun seçilməsi baxımından çox uyğundur. Bu termotaxtalar estetik cəhətdən daha müasir və daha dayanıqlıdırlar. COP29-la bağlı çalışmışıq ki, plastik materiallardan uzaq olan üzlük materialları seçək”, – deyə E.Ələkbərov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər