• 02 Noyabr 2024 16:22

ABŞ-da gənc qız dua edən müsəlman sürücüyə HÜCUM ETDİ – ANBAAN VİDEO

Nyu-Yorkda bir sərnişin müsəlman taksi sürücüsü ərəbcə dua oxuduğu üçün ona bibər qazı ilə hücum edib.

 

Tacxeber.com “CNN”ə istinadən xəbər verir ki, bu barədə Manhetten Prokurorluğu məlumat yayıb.

 

Məlumata görə, hadisə iyulun 31-nə keçən gecə Nyu-Yorkda Mərkəzi Parkın yaxınlığında baş verib. Həmin gecə 45 yaşlı “Uber” sürücüsü Şohel Mahmud arxa oturacaqda əyləşmiş sərnişinləri mənzil başına aparırmış. Yol kəsişməsində Mahmud sürətini azaldıb ərəbcə dua oxumağa başlayıb ki, bu da sərnişinlərdən birinin xoşuna gəlməyib. Daha sonra 23 yaşlı Nyu-York sakini Cennifer Guilbault bibər qazı çıxararaq sürücünün üzünə sıxıb.

 

“Cennifer Guilbault sadəcə öz işini görən müsəlman sürücüyə əsassız hücum etdi. Qurban zəhmətkeş Nyu Yorkludur və şəxsiyyətinə görə bu cür nifrətlə üzləşməməlidir. Manhettendə hər kəs yaşaya və işləyə bilər”, – Manhetten dairəsinin prokuroru Alvin Braq bildirib.

 

Qeyd olunur ki, hadisədən sonra Mahmud 911-ə zəng edib.Hücum edən şəxs saxlanılıb.

 

Oktyabrın 28-də Ali Məhkəmə Quilbaultu çoxsaylı nifrət cinayəti ilə ittiham olunub.

 

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs 2025-ci ilin yanvarında məhkəmə qarşısına çıxacaq.


Tacxeber.com

Oxşar xəbərlər