• 02 Noyabr 2024 18:41

Ayətullah Xamnəi: İsrailə cavab mütləq olacaq!

 

“Düşmənlər mütləq əks-cavab alacaq! Həm Amerika, həm də sionist rejim düşmənləri bilməlidirlər ki, İran və müqavimət cəbhəsinə qarşı etdiklərinə görə mütləq sərt şəkildə cəzalanacaqlar!”

 

Tacxeber.com Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Xamnəi bildirib.

 

O, ABŞ səfirliyinin ələ keçirilməsi ilə bağlı yubiley tədbirində çıxışı zamanı deyib:

 

“Problem beynəlxalq zülmlə üzləşmədir. İslam təlimlərindən ilham alan İran xalqı üçün zülmə qarşı durmaq bir vəzifədir. Düşmənlər mütləq əks-cavab alacaq! Həm Amerika, həm də sionist rejim düşmənləri bilməlidirlər ki, İran və müqavimət cəbhəsinə qarşı etdiklərinə görə mütləq sərt şəkildə cəzalanacaqlar!

 

İran millətinin təkəbbürlə (Qərb və İsrail – red.) qarşıdurmasında insani, islami və beynəlxalq məntiqə uyğun rasional və hikmətli hərəkatı davam etməlidir. Təkəbbürə qarşı hərəkatının davam etdirilməsi elm, təfəkkür, texnologiya və yol xəritəsi tələb edir”.

Tacxeber.com

Oxşar xəbərlər