Bu il Azərbaycana ən çox dollar gətirən 10 şirkətin siyahısı
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,5 milyard dollar olub.
Açıqlanan rəsmi məlumatlara istinadən bu il qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (150,7 milyon dollar) birinci, pomidor (139,6 milyon dollar) ikinci, qızıl (115,3 milyon dollar) isə üçüncü olub.
Bu ilin ilk 9 ayında Rusiyaya 843,7 milyon dollar, Türkiyə yə 435,1 milyon dollar, Gürcüstana 195,1 milyon dollar, İsveçrəyə 119,6 milyon dollar, ABŞ-a isə 113 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Qeyd edək ki, bu ilin ilk 9 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.
2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: