• 26 Dekabr 2024 17:26

“Hərdən yüngülcə qalxan əl…” – Elşad Xosedən qadına şiddətlə bağlı şok sözlər

Reper Elşad Xose aparıcı Ülvira Qarayevanın “Astar” yutub layihəsində narkotik aludəçiliyindən xilas olması haqda danışıb.

 

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, ifaçı heç bir müalicə almadığını bildirib:

 

“Mənə elə gəlir ki, nisbi sağlamam. Sağlam olmaq üçün gərək əvvəldən yolunu düz tutub gedəsən. Bir az sağa, sola gedirsənsə, onu düzəltmək lazım gəlir. Mən müalicə almamışam. Əvvəldən bilirdim ki, bunu atmaq lazımdır. Bu da təklik tələb edir. İndi hərə bir vasitəni reklam edir: nədənsə, reabilitasiya mərkəzləri çoxalır, nədənsə, narkomanlar da azalmır. Çox mənasız movzudur”.

 

Aparıcının “Mənalıdır, onlara bunu atmaq üçün nümunə lazımdır” sözlərinə Elşad “Onlar mən nümunəni anlamayacaqlar. Zibillikdə banka axtaran oğlana anlata bilməyəcəksən ki, problemi var. Bilirəm, bizim millətlə danışmaq çox çətindir. Sağalmaq istəməyəni necə məcbur edə bilərsən? İnsan dərk etməlidir. Ona sağalmaq üçün nə təklif edə bilərsən? Mən atanda əvvəlki kimi istifadə etmirdim” cavabını verib.

 

Reper qadına şiddətdən danışıb:

 

“Qadına əl qaldırıb və qaldırmamağım sizə niyə maraqlıdır? Affekt vəziyyətində olanda olub. Bu halda olan qadın da kişiyə əl qaldırıb, hətta öldürə də bilir. Bəli, belə də olur. Mən demirəm ki, hər iki halda əl qaldırmaq yaxşıdır. Sadəcə, hər şeyi başa düşməyə çalışmaq lazımdır. Kim səhvsizdir ki”.

 

Elşad aparıcının “Dolayısı ilə qadına əl qaldırmısan” sualına “Dolayısı ilə özüm bilərəm. Amma hərdən yüngülcə qalxan əl hər şeyi həll edir. Hərdən də heç balta da hər şeyi həll etmir. Lətifəsi bizdən iraq” reaksiyasını verib.

Tacxeber.com

Oxşar xəbərlər