İranda “Azadlıq Radiosu”nun əməkdaşı saxlanıldı
İranda ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Radio Fərda”da işləyən ABŞ vətəndaşı Rza Vəlizadə saxlanılıb.
Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Onun bir neçə aydır ki, İranda həbsdə olduğu vurğulanır.
Qeyd olunur ki, R.Vəlizadənin İran vətəndaşlığı da var və “Azadlıq Radiosu”nun filialı olan “Radio Fərda”da işləyib. Fevral ayında jurnalist sosial şəbəkədə ailə üzvlərinin onu ölkəyə qayıtmağa məcbur etmək məqsədilə İranda saxlanıldığı haqda məlumat vermişdi.