• 23 Noyabr 2024 22:33

Sərhəddən nə keçirtmək keçirmək olar?

Azərbaycanda 18 yaşına çatmış hər bir fiziki şəxs gömrük sərhədindən keçərkən müəyyn olunmuş qaydalara əməl etməlidir.

 

Təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, zəruri ehtiyacların ödənilməsi üçün nəzərdən tutulan şəxsi əşyalar və ya şəxsi istifadə məqsədilə zəruri olan miqdarda dərman vasitələrinə görə gömrük ödənişləri ödənilmir.

 

Bundan əlavə vətəndaşlar gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan ölkəyə nağd şəkildə valyuta gətirə bilərs. Ölkədən isə 10000 (on min) dollar ekvivalentinədək olan xarici valyutanı və 20000 (iyirmi min) manatadək olan valyutanı şifahi formada bəyan etməklə çıxara bilərsiniz.

 

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

 

Müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirmək olar. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər