• 23 Noyabr 2024 11:34

Terrorçunun qardaşı təhlükəsizlik rəhbəri imiş – ŞOK DETALLAR

 

TUSAŞ teraktı ilə bağlı diqqətçəkən məlumatlar yayılıb.

 

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, “Hürriyyət” qəzeti teraktı törədən Minə Sevjin Alçiçəkin böyük qardaşı Davud Alçiçəyin İzmir şəhərinin Çiğili rayon bələdiyyəsində təhlükəsizlik rəhbəri olduğunu yazıb. O, teraktdan sonra vəzifəsindən azad olunub.

 

Terrorçunun digər qardaşı da İzmir bələdiyyəsinə bağlı İZENERJİ şirkətində Sosial Xidmətlər İdarəsində sürücü işləyirmiş.

 

İzmir Böyükşəhər Bələdiyyəsinin başqanı Cəmil Tuqay məsələ ilə bağlı açıqlamasında valilikdən M.Alçiçəklə bağlı cavab gözlədiklərini bildirib.

 

O, sürücü işləyən Alçiçəkin uzun müddət əvvəl şirkətdə işə başladığını, barəsində hər hansı mənfi bir şey görmədiklərini və hadisə bəlli olandan sonra Alçiçəyi məzuniyyətə göndərdiklərini söyləyib.

 

Qeyd edək ki, oktyabrın 23-də Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-a terror hücumu edilib. Hücum zamanı 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər