“Ən güclü” qan qrupu müəyyən edilib
Bu qan qrupu olan insanların ömrü daha uzun olur…
Birinci qan qrupu olan insanlarda müxtəlif xəstəliklərdən, o cümlədən xərçəng və demensiya kimi ciddi xəstəliklərdən qorunma qabiliyyəti yüksək olur.
Tacxeber.com xəbər verir ki, bu haqda “The Lancet” tibb jurnalında dərc olunan elmi təhlildə qeyd olunub.
Yazıda mütəxəssislər bunu qanın molekulyar tərkibinin xüsusiyyətləri ilə izah ediblər: birinci qan qrupu olan insanlarda qanın laxtalanmasından məsul olan daha az molekul var ki, bu da beyin və ürək-damar sisteminin fəaliyyətinin optimallaşdırılmasına səbəb olur.